Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


11.05.2022  14:50 

“Hamı gücü çatanı udur, yerdə qalanlara yaşamaq haqqı tanımırlar“ - Deputat





A+  A-

Xırda və orta sahibkarlıqla məşğul olan şəxslərin şikayətləri getdikcə çoxalır. Onlar iri sahibkarların müxtəlif təzyiqləri ilə qarşılaşmalarından, inhisarçılıqdan gileylənirlər. Bildirirlər ki, iri sahibkarlar onların inkişafına daha da mane olmağa çalışırlar.

Bəs kiçik və orta sahibkarlarla bağlı hansı tədbirlər görülməlidir? Kiçik sahibkarların əzilməməsi, işlərini rahat davam etdirmələri ilə bağlı hansı addımlar atılmalıdır?

XəzərNews.az məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Fazil Mustafa açıqlama verib.

O, qeyd olunan problemlə bağlı olduqca maraqlı məqamlara toxunub:

"İnhisarçılıq bizim iqtisadiyyatın ana xəttini təşkil edir. Bundan uzaqlaşmaq isə hələ real görülmür. Ona görə də kiçik sahibkarlar çarə tapmalıdırlar. İri sahibkarların imtiyazları var, onlar imkan verməyəcək ki, kiçik ticarətlə məşğul olan insanlar hər hansı bir şəkildə ayaqda qala bilsinlər. Bu, müəyyən mexanizmlə dövlət tərəfindən tənzimlənməlidir. Təəssüf ki, bizdə inhisarçılığa qarşı mübarizə aparılmır. Bu da böyük bir problemlərə yol açır. Bu siyasət bütövlükdə dəyişməlidir. Siyasət dəyişilsə, inhisarçılığa son qoyulsa, belə problemlər də olmayacaq. Hər kəs öz işi ilə məşğul olacaq. Heç kim, heç kimə mane ola bilməyəcək. Böyük ticarətlə məşğul olanlar böyük, kiçik sahibkarlar isə özünə görə qazanacaq. Bu, köklü problemdir. Həll etmək çətin məsələdir. Yaxın zamanda həllini tapacağına da ümidim yoxdur. Ona görə də böyük balinalar kiçik balıqları udmalıdır. Yəni uzun illərdir buna doğru gedən bir proses var. Bu balıqların hüququnu qoruyan heç bir mexanizm yoxdur. Balinalar, akulalar kef edəcək, kiçik balıqlar da onlara yem olacaq. Amma bunu ciddi şəkildə dəyişmək lazımdır. Dəniz hamı üçündür: balıq, akula da, balina da üzə bilsin".

Millət vəkili qeyd edib ki, reginolarda da eyni vəziyyət hökm sürür:

"Hamı gücü çatanı udur. Yerdə qalanlara yaşamaq haqqı tanımırlar. Biznesin inkişafına şərait yaradan çox az icra strukturu var. Ona görə də hamı Bakıya köçür. Fəhləlik edir, araba sürür, amma rayonuna qayıtmır. Ona görə də münbit şərait yaranmalıdır ki, onlar qayıtsınlar. Kiçik və orta sahibkarları qorumaq lazımdır. Çünki əhalinin əsas hissəsi o sahədə məşğulluq tapır. Əsas məsələ odur ki, cəmiyyətdə oturuşmuş qaydalar olsun ki, heç kim inhisarçılığa meyl etməsin".

Xəbər 5003 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +