Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


14.02.2022  15:30 

“Sağlam yaşa, 100 yaşa” layihəsinə start verildi - FOTO





A+  A-

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin “Hər kim 100 il yaşamsa günah onun özündədir, Sağlam yaşa, 100 yaşa” layihəsinin icrasına start verilib.

XəzərNews.az xəbər verir ki, layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində dörd ayrı qrupa sağlam həyat tərzi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulub.

Layihəyə HEALTHWAY (Sağlam həyat tərzi) komandası təşkilati dəstək göstərir.

Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:

• Sağlam həyat tərzinin qaydaları;

• Düzgün qidalanma;

• Düzgün yuxu rejimi;

• Gündəlik tövsiyyə edilən hərəkətlər;

• Erkən müayinə;

• Biblioterapiyanın (kitab oxumaq) faydaları;

• Fitoterapiya (bitkilərdən həyatımızda düzgün istifadə);

• Artterapiyanın faydaları;

• Aromaterapiyanın faydaları;

• İnsanlarla düzgün münasibət və stresdən uzaq olmağın yolları;

• Stresin idarə olunması;

• Büdcənin idarə olunması;

• Depressiya hallarının erkən müdaxilə ilə qarşısının alınması;

• Yalnış həyat tərzinin insanlarda en çox yaratdığı, sürətlə artmaqda olan xəstəliklər və onlarla mübarizə;

• Sağlam mühitin yaradılması;

• Telefonun verdiyi fəsadlar və təlefon alüdəçiliyinin aradan qaldırılması;

• Siqaret, içki və narkomaniyanın zərərləri və iradənin idarə olunması;

• Təbiəti qoru çünki sən onun bir hissəsisən;

• Yaşılı seç;

• Sağlam düşünmək;

• Sağlam qərar vermək;

• Sağlam münasibətlər qurmaq;

• Sağlam təfəkkürə sahib olmağın insan həyatında rolu.

Təlim iştirakçılarına iştirakçı sertifikatı təqdim ediləcəkdir.

Təlimdə iştirak tam ÖDƏNİŞSİZDİR!

İştirak etmək istəyənlər ətraflı məlumat üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər.

 @healthway.az
 Tel: 051-291-72-25



Xəbər 1818 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +