Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


10.02.2022  18:21 

Azərbaycana yeni analoqsuz silah gəlir – ŞƏRH





A+  A-

Azərbaycanla Türkiyə arasında imzalanmış, müştərək müdafiə kompeksi olan Şuşa Bəyannaməsi dünyada yeni nizamın yaradılmasının forma və məzmununa verilən birgə strateji reaksiyasıdır.

Şuşa Bəyannaməsinin hərbi tərəflərində birgə istehsal sahələrinin yaradılması üçün layihələrin həyata keçirilməsinə dair bənd var.

Azərbaycanın 44 günlük Vətən müharibəsində tətbiq etdiyi Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz zərbə aparatları müasir hərb tarixinin səhifələrində dərin izlər buraxmaqdadır.

“Bayraktar” şoku səngiməmiş isə “Baykar” şirkəti 2021-ci ilin başlanğıcından etibarən “Akıncı” silahlı pilotsuz aparatları barədə anons verdi, bu silah texniki xüsusiyyətlərinə görə “Bayraktar”dan da üstün keyfiyyətlərə malikdir.

“Akıncı”nı “Bayraktar”dan üstün edən cəhətlərin bəzilərini təqdim edirik:

1. “Bayraktar”ın daşıdığı ağıllı mərmilərin sayı 4-dür, “Akıncı” isə 6 ədəd ağıllı raket daşımaq gücünə malikdir,

2. “Akıncı” 1350 kiloqrama faydalı yük daşımaq potensialına sahibdir,

3. Hava-yer tipli raketlərlə yanaşı, hava-hava tipli raketlərlə təchiz olunur,

4. “Akıncı” 40 min fut yüksəkliyə qədər qalxa bilir,

5. “Akıncı” pilotsuz təyarələri dəniz hədəflərini də izləyib məhv etmək qabiliyyətindədir.

Üçüncü bənd üzərində xüsusi dayanmağa ehtiyac var. Nəzərə alaq ki, hazırda dünyada hava hücumundan müdafiə üçün istifadə edilən silahlar zenit-raket sistemləridir.

Bu dəfə isə “Akıncı” da hava sahəsinin mühafizəsini həyata keçirmək və hava döyüşü aparmaq imkanlarına sahiblənir.

“Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar AzTV-yə müsahibəsində müasir hərb tarixinə analoqsuz xüsusiyyətləri ilə daxil olan “Akıncı”ların Azərbaycanda istehsal edilə biləcəyini deyib.

Bayraktarın açıqlamasından anlaşılır ki, hazırda bu istiqamətdə birgə danışıqlar davam edir və proqnozlaşdırmaq mümkündür ki, artıq Azərbaycanda “Akıncı” istehsal ediləcək.

Bu, Şuşa Bəyannaməsinin bəndlərindən birinin icrasıdır, görünür ki, Azərbaycanla Türkiyə sənədin bütün bəndlərinin icrasını qarşıya məqsəd qoyub.

Əgər “Akıncı” Azərbaycanda istehsal olunmasa, onun Türkiyədən tədarükü baş tutacaq.

“Akıncı”nın Azərbaycan üçün verdiyi hərbi-strateji üstünlük:

1. Azərbaycanda Rusiya istehsalı, İsrail istehsalı olan hava hücumundan müdafiə sistemləri mövcuddur, xüsusilə İsraildən tədarük olunan bu qəbildən silahlar daha spesifikdir. İndi isə “Akıncı” ilə hava məkanının mühafizəsi daha da gücləndirilmiş rejimə keçəcək,

2. Azərbaycan bununla dəniz sərhədlərində də strateji müdafiə üstünlüyü əldə edəcək.

Aqşin Kərimov

Xəbər 1507 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +