Vladimir Putin əmindir ki... - Bloomberg
Qazi maşını “protiv” sürürmüş - Qəza/Ölüm
Sökülən evlərlə bağlı... - Hökumətdən yeni qərar gəlir
Bakıda sərnişin avtobusun şüşəsini sındırıb
Bakıda leysan xəbərdarlığı - Proqnoz
11 saylı notariusun yanında yanğın başlayıb
Bank kartlarından 16 min manata yaxın pul oğurlandı
İran Ermənistanı tələyə salmaq istəyirdi - Politoloq
Ukrayna və ABŞ-ın ümumi məqsədi var - Vens
Putin Trampı sülhə sadiq qaldığına inandırmağa çalışacaq


16.04.2018  12:29 

Nazir pensiyaların artımından danışdı





A+  A-

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə, yaşa görə pensiya üzrə əvəzetmə əmsalına görə isə birinci yerdə qərarlaşıb.
XəzərNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

S.Müslümov bildirib ki, Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər bir faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir:

“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkələr də təqribən eyni səviyyədə göstəriciyə malikdirlər”.

Nazir qeyd edib ki, əmək pensiyaları əvvəlki ilin orta aylıq əməkhaqqı artımına uyğun şəkildə cari ilin əvvəlindən daha 5,7 faiz artırılıb:

“Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olub, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə yüksəlib.

2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3.289,6 milyon manata çatıb ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur”.

Xəbər 1769 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi


BÜTÜN XƏBƏRLƏR +