Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü
XİN-dən Paşinyana cavab
Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video


05.02.2019  22:17 

Azərbaycanda həbsxana rəisini sui-qəsdlə hədələyirlər





A+  A-

Həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərilib.
Penitensiar xidmətindən XəzərNews.az-a verilən məlumata görə, son günlər özünü Zümrüd Yağmur kimi təqdim edən sosial şəbəkə istifadəçisi əvvəllər olduğu kimi yenidən Qobustan qəsəbəsində yerləşən Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkumlar Taleh Bağırzadə və Abbas Hüseynin həmin müəssisənin rəisi Aftandil Ağayev tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları, habelə qanuni hüquqlarından məhrum edilmələri, buna etiraz əlaməti olaraq adları qeyd olunan məhkumların aclıq aksiyasına başlamaları barədə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar paylaşmağa başlayıb.

Bəzi informasiya saytları isə həmin istifadəçinin həqiqəti əks etdirməyən məlumatlarına istinadən yanlış informasiyaları öz səhifələrində yerləşdirməklə ictimaiyyətdə çaşqınlıq yaradır, nəticədə ayrı-ayrı şəxslər həmin saytların şərhlər bölməsində həbsxananın rəisi A.Ağayev və onun ailə üzvlərinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirir, hətta həbsxanaya A.Ağayevə qarşı sui-qəsd edəcəkləri barədə məktub göndəriblər.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, bütün bu qanunazidd əməllər təxribat xarakterlidir və həmin şəxslər öz məsulliyyətlərini dərk etməlidirlər.

Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edib.

Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində hər hansı bir məhkuma qarşı işgəncə, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilmir və hal-hazırda cəza çəkənlər tərəfindən heç bir aclıq aksiyası keçirilmir.

Əvvəllər olduğu kimi, Xidmətin fəaliyyəti ilə bağlı bütün məlumatlar dolğun şəkildə ictimaiyyətə çatdırılacaq.

Ombudsman aparatının əməkdaşları, habelə Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri həm adı qeyd olunan məhkumlara, həm də Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə mütəmadi olara baş çəkir, cəza çəkənlərin saxlanma şəraiti və onların hüquqlarının qorunması ilə yaxından maraqlanırlar.

Xəbər 1297 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq


BÜTÜN XƏBƏRLƏR +