Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


19.04.2023  19:47 

MİDA 50 minlik avtomobilə 76 min manat xərc qoyacaq





A+  A-

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA” MMC avtomobillərə texniki xidmətin göstərilməsi ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

Müsabiqənin qalibi "Şərq Motors” MMC olub. MMC-lər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 76.150,12 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Şərq Motors” MMC 28 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Quliyev Müşfiq Səlim oğludur.

"MİDA”nın elan etdiyi müsabiqənin şərtlərindən məlum olur ki, yalnız bir avtomobilə texniki xidmət göstərilməsindən söhbət gedir. 2015-ci il istehsalı olan "Chevrolet Captiva” markalı həmin avtomobilin demək olar bütün detalları yeniləcənək. "Chevrolet Captiva”nın yenisinin qiyməti 50-55 min manat civarındadır. O zaman "MİDA” MMC-nin köhnə avtomobilin təmirinə 76 min manat xərcləməsi anlaşılan deyil.

"MİDA” MMC 17 may 2016-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Təhməzov Fərhad İlahi oğludur.

Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır. O, 2016-cı ildən "MİDA” MMC-nin direktoru vəzifəsində çalışır./Qaynarinfo


Xəbər 2454 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +