Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


06.10.2021  14:40 

“Rövşən Əkbərova ömürlük cəza verilsin”





A+  A-

Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə mərhumun həyat yoldaşı və yaxın dostu dindirilib.

E.Əliyevin arvadı Fəxrintac Əliyeva istintaqa verdiyi ifadəni təsdiq edib: “Bu qətl bütün ailəni darmadağın edib. Qatilin ömürlük cəza almasını istəyirik. Rövşən Əkbərovun adını hadisə baş verənədək eşitməmişdim”.

Mərhumun dostu olmuş Səməd Novruzov da istintaqa verdiyi ifadəni təsdiq edib. O bildirib ki, hadisə gününün səhəri sabiq səfir, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovla birlikdə Kiyevə yollanıb:

“Bizi aeroportda diplomatik korpusun nümayəndəsi qarşıladı. Gecə oteldə qalıb, səhəri günü morqa getdik. Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb Kiyevdəki səfirliyə getdim. Orada keçmiş ukraynalı hərbçi Qriqoryev Aleksandr Mixayloviç dedi ki, hadisəni sizinkilər törədib. Səfirlikdə Ukraynadakı Azərbaycan Diasporunun rəhbəri Tələt adlı şəxs, Nazim İbrahimov və başqaları var idi. Orada söz-söhbət gedirdi ki, Elçin mayın 31-də Abşeron restoranında dostları ilə yemək yeyib. Sonra səfirliyə gəlib, orada mübahisə düşüb. Daha sonra Elçin yanındakı dostu ilə başqa bir restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da ora gediblər və restoranda yenidən dava düşüb. Dedilər ki, Elçinlə dava edənlərin ikisi hərbçi olub. Biri Sumqayıtdan olub, digəri də Rövşən Əkbərov. Söz-söhbət gəzirdi ki, öldürən Rövşən olub. Mən hadisə günü Elçinlə danışmışdım. Rövşən Əkbərov haqqında mənə heç nə deməmişdi”.

Daha sonra prokuror və vəkillərin suallarını cavablandıran S.Novruzov R.Əkbərovla görüşmədiyini deyib: “Özüm görüşməmişəm, Nazim İbrahimovun da görüşdüyünü görməmişəm. Hadisə ilə bağlı eşitdiklərimi deyirəm, hadisəni görməmişəm”.

Rövşən Əkbərov şahidə sual verib ki, “siz Elçini mənim öldürdüyümü eşitdikdən sonra niyə gəlib mənimlə danışmadız? Niyə soruşmadız ki, sən öldürmüsənsə, niyə öldürmüsən?”.

Şahid deyib ki, bunun üçün Kiyevdə kifayət qədər vaxtı olmayıb. Daha sonra R.Əkbərov sual verib ki, “hadisədən sonra 20 ildir Bakıda yaşamışam. Məndən şübhələnirdizsə, niyə Bakıda gəlib mənimlə danışmağa çalışmadız?”.

Şahid qatilin kimliyini sübuta yetirə bilməyəcəyinə görə bunu etmədiyini deyib: “Mənim sübutum olmadan necə sizdən soruşa bilərdim?”.

İfadə zamanı məlum olub ki, S.Novruzov keçmiş prokurorluq əməkdaşı olub.

Növbəti iclas oktyabrın 13-ə təyin edilib.

Qeyd edək ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada “Sikora” kafesinin yaxınlığında Elçin Əliyevi kəsici-deşici predmetlə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilərək həbs olunub./“Qafqazinfo”/

Xəbər 3343 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +