Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


26.10.2017  14:37 

Prosineçki Bakıya qayıtdı





A+  A-

Azərbaycan millisi ilə müqaviləsi başa çatacaq xorvatiyalı baş məşqçi Robert Prosineçki artıq Bakıya gəlib.
XəzərNews.az xəbər verir ki, bu barədə Xorvatiyanın “Sport Arena” nəşri məlumat yayılıb.

Bildirilir ki, mütəxəssis AFFA ilə danışıqlar üçün Bakıya qayıdıb. O, ölkəmizə gəlməzdən öncə adıçəkilən nəşrə açıqlama verib. Prosineçki Azərbaycan millisində qala biləcəyi ilə bağlı xəbərlərə cavab verib: “Yəqin ki, bu gecə mənə yeni təklif gələcək. Bakı həqiqətən fantastik şəhərdir. Böyük paytaxtdır. Burada yaşamaq məni heç narahat etmir. Özümə olunan hörmət də kifayət qədərdir. Üstəlik, uşaqlar burada beynəlxalq məktəbə gedir və lazımi təhsili alırlar. Azərbaycan yığması ilə çox işlər görmüşük. Heç kimin bu danmağa haqqı yoxdur. Lakin yığmanın mənim ambisiyalarıma cavab verdiyinə əmin deyiləm”.

Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisi ilə DÇ-2018-in seçmə mərhələsində 10 xal toplayıb.

Xəbər 3291 dəfə oxunub.



19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +