Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


27.09.2017  22:14 

“Qarabağ” “Roma”ya minimal hesabla uduzdu





A+  A-

Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşıb.

Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşüb. İndiyədək yalnız təsnifat mərhələsi görüşlərini izləyən futbolsevərlər qitənin ən nüfuzlu klub turnirinin əsas raundunu canlı görə biliblər.

Bakı Olimpiya Stadionunda baş tutan tarixi qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

70 minə yaxın azarkeşin izlədiyi qarşılaşma "Roma"nın qolu ilə başlayıb. Artıq 7-ci dəqiqədə İbrahim Şehiçin çıxışda səhvini italiyalılar bağışlamayıblar. Yunanıstanlı müdafiəçi Kostas Manolas fərqlənib.

Qoldan 8 dəqiqə sonra fərq iki topa çatıb. Bosniyalı Edin Dzeko Rəşad Sadıqovun gözündən "oğurlanaraq" Şehiçlə təkbətəkə çıxıb və həmyerlisini məyus edib.

Bundan sonra bir qədər fəallaşan çempionumuz xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa başlayıb. Çox keçmədən nəhəng arenada qol sədaları eşidilib. Dino Ndlovunun ötürməsini Pedro Enrike qapıdan keçirib.

İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə başqa qol olmayıb və yekunda "Qarabağ" minimal hesablı məğlubiyyətə üzülüb.

Çempionlar Liqası
Qrup mərhələsi, II tur
C qrupu
27 sentyabr

“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) - 1:2
Qollar: Pedro, 28 - Manolas, 7, Dzeko, 15

Xəbər 3280 dəfə oxunub.



19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +