Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


09.03.2021  11:32 

Spiker hərbçilərin əmək haqlarından danışdı





A+  A-

Milli Məclisin sədri Sahibə Qafarova hərbi qulluqçuların vəzifə maaşının artırılması məsələsinə toxunub.
XəzərNews.az-ın məlumatına görə, spiker bu gün keçirilən plenar iclasda bildirib ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi hərbi texnikanın hesabına deyil, əsgər və zabitlərimizin mərdlik və şücaəti hesabına əldə edilib:

“Bu fikri Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb. Bu qələbəni qazanan əsgər və zabitlərimizdir. Hər kəs bunu bilməlidir. Hərbi qulluqçuların təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi hərbi siyasətin əsas istiqamətlərindən hesab olunur.

Bu günlərdə hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr təyin edilib. Hamımız yaxşı bilirik ki, bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul edilib. Bu, onu göstərir ki, hərbi qulluqçular daim dövlətin diqqətindədirlər”.

Xəbər 3215 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +