Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


19.03.2020  11:25 

Budapeştdən 123 azərbaycanlı gətirildi





A+  A-

Martın 19-na keçən gecə AZAL aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 nəfər Azərbaycan vətəndaşı vətənə qayıdıb.
“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən XəzərNews.az-a daxil olan məlumata görə, bu Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir - dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.

Həmçinin martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.

AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Xəbər 2814 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +