Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


06.02.2020  18:26 

8 saatlıq iş rejimi ilə bağlı yoxlamalar başlayır





A+  A-

8 saatlıq iş rejimi ilə əlaqədar iş yerlərində səyyar yoxlamalar aparılacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

Bildirib ki, Əmək Məcəlləsinin tələbinə görə gündəlik iş norması 8 saatdır və bu iş rejiminə əməl edilmədiyi təqdirdə əlavə müavinət ödənilməlidir: “İşəgötürənlərə xəbərdarlıqlar ediləcək, işə qəbul olan şəxslər hüquqları ilə bağlı məlumatlandırılacaq. İş yerlərində səyyar yoxlamalar olacaq. Hazırda təkliflər paketi hazırlanır. İlk mərhələdə xəbərdarlıq olunacaq, daha sonra isə müvafiq cərimə metodları tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq müəssisələrə baxılacaq”.

Xəbər 3495 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +