Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


29.04.2022  09:42 

23 yaşlı gənc ürəyindən vurdu - SƏBƏB?





A+  A-

Qəbələnin Nohurqışlaq kəndində 1999-cu il təvəllüdlü Aysun Ədilova yaşadığı ünvanda ov tüfəngindən ürək nahiyəsinə atəş açaraq intihar edib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo” 23 yaşlı gəncin intiharı ilə bağlı bəzi məlumatları əldə edib.

Əldə etdiyimiz məlumata görə, Aysun intihar etməmişdən bir müddət öncə özünə qapanıb. Buna sevdiyi oğlanla arasında yaranan soyuq münasibətin səbəb olduğu bildirilir.

Buna görə də Aysun, yaxın ətrafına dəfələrlə yaşamaq istəmədiyini, bezdiyini, özünü öldürəcəyinə dair mesaj ötürüb.

Hadisənin baş verdiyi gün Aysun Ədilova ev işləri görüb. Daha sonra otaqdan atəş səsi eşidilib. Aysunun özünü öldürdüyünü ilk balaca qardaşı görüb, ardınca anasına məlumat verib. İntihar edən gəncin böyük qardaşı isə hazırda hərbi xidmətdədir.

Qeyd edək ki, Aysun Ədilova orta təhsilli olub. O, bir müddət əvvəl Bakıda tibb kursunda təhsil alıb. Eyni zamanda Bakıda marketlərin birində satıcı işləyib.

Xəbər 3451 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +