Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub


22.06.2021  13:11 

“Özümü parlamentdə təsəvvür etmirəm” - Koçaryan





A+  A-

Robert Koçaryanın liderlik etdiyi “Hayastan” (“Ermənistan”) bloku hələ deputat mandatlarını qəbul edib-etməyəcəyi ilə bağlı qəti qərar verməyib.
XəzərNews.az xəbər verir ki, Koçaryan bu barədə bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, hazırda bu mövzuda bir çox müzakirələr aparılır: “Blokda hələ bu mövzuda qəti qərarımız yoxdur”.

Bundan əlavə, eks-Prezident özünü parlamentdə görmədiyini bildirib: “Mən qanunverici orqandan daha çox icraedici hakimiyyət adamıyam. Buna görə də özümü Milli Məclisdə təsəvvür etmirəm. Lakin son qərar hələ verilməyib”.

Bununla belə Koçaryan parlament və küçə mübarizələrini davam etdirmək niyyətində olduqlarını qeyd edib: “Bəli, mübarizəmizi davam etdirmək üçün çox ciddi yeni imkanlar əldə etdiyimizə inanıram”.

Seçki qərargahının Konstitusiya Məhkəməsinə müraciət etmək üçün pozuntularla bağlı materiallar topladığını söyləyən Koçaryan nəticələrin onlar üçün gözlənilməz olduğunu deyib, belə ki, anketlərdə mənzərə bir qədər fərqli idi.

“Kütləvi qanun pozuntuları olduğunu düşünürük, inzibati resursdan açıq şəkildə istifadə edildiyini gördük və bu səbəbdən Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. İndi qərargahlarımız bu materialları toplayır. Və çox güman ki, bir neçə gün ərzində nə baş verdiyini yaxşı başa düşəcəyik”, - deyə Koçaryan əlavə edib.

Xatırladaq ki, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 20 iyunda keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53,92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 faiz səslə ikinci olub.



Xəbər 3383 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb


BÜTÜN XƏBƏRLƏR +