Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


22.01.2021  09:43 

Çində kütləvi koronavirus testlərinə başlanıldı





A+  A-

Yerli hakimiyyət orqanlarının qərarı ilə bu gün Çinin paytaxtı Pekinin bir sıra ərazilərində infeksiyanın yayılmasının yenidən sürətlənməsi ilə əlaqədar olaraq kütləvi koronavirus testlərinin götürülməsinə başlanılıb.
XəzərNews.az xəbər verir ki, Çin Xalq Respublikası Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, ötən gün 103 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Bunlardan 9-u xaricdən gələn şəxslərdə, 94-ü ölkə daxilində qeydə alınıb.

Rusiya ilə həmsərhəd olan Heyluntsyan əyalətində 47, Jilin ve Hebey əyalətlərində müvafiq olaraq 19 ve 18, Şansi əyalətində 1, Şanxayda 6 və Pekində 3 yoluxma halı qeydə alınıb. Çərşənbə günü isə Pekində 126-sı yerli mənşəli olmaqla 144 yeni yoluxma faktı aşkarlanıb.

Səlahiyyətlilər infeksiyanın yayılmasında yeni bir dalğanın 12 fevralda keçiriləcək “Bahar şənliyi” festivalına təsadüf edəcəyindən narahatdırlar. Bu bayram Çinin yeni ili hesab olunur və ən dəyərli bayramlardan biri sayılır. Ənənəvi olaraq, böyük ailələrin bütün üzvləri ölkənin hər yerindən bir araya gəlirlər. Bu əhalinin kütləvi miqrasiyasına və nəticədə çox sayda insanın bir yerə toplaşmasına gətirib çıxarır ki, bu da virusun yayılmasının intensivləşməsinə səbəb ola bilər.

Ümumilikdə, Çində indiyədək 88 min 804 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 min 635 nəfər xəstəlikdən ölüb, 82 mindən çoxu müalicə olunaraq sağalıb.



Xəbər 3442 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +