Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb


24.09.2020  09:45 

Belarusda etiraz aksiyaları, 150-dən çox saxlanılan var





A+  A-

Sentyabrın 23-də Belarusda prezident Aleksandr Lukaşenkonun inauqurasiyasına etiraz olaraq aksiyalar keçirilib.
XəzərNews.az bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.

Axşam saatlarında Belarus paytaxtının küçələrinə Aleksandr Lukaşenkonun inauqurasiyası ilə razı olmayan 5-7 min şəxs çıxıb. Polis əməkdaşları tərəfindən su şırnağı və gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.

“Vesna” İnsan Hüquqları Mərkəzinin yaydığı məlumata görə, müxalifətin icazəsiz etiraz aksiyası zamanı 155 nəfər saxlanılıb.

Paytaxt Minskdən əlavə, Qomel, Moqilyov, Borisov, Qrodno, Baranoviçi və ölkənin digər yaşayış məntəqələrində saxlanılanlar var.

Qeyd edək ki, Belarusda 9 avqustda baş tutan prezident seçkilərinin nəticələrinə etiraz olaraq, bir ay yarımdır ki, etiraz aksiyaları davam edir. 1994-cü ildən bu vəzifəni tutan hazırkı dövlət başçısı Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət hakimiyyətin elan etdiyi seçki nəticələrini tanımır, onları saxta hesab edir.

Xəbər 3112 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +