Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub


19.05.2020  14:27 

Qasırğaya görə 2 milyona yaxın insan təxliyyə edilir





A+  A-

Banqladeşdə "Ampan" siklonunun yaxınlaşmasına görə 2 milyona yaxın insanın təxliyyəsinə başlanılıb.
XəzərNews.az "City News"ə istinadən xəbər verir ki, bu barədə Banqladeşin Təbii Fəlakətlərin İdarə olunması və Yardım Nazirliyi açıqlama verib: "Banqladeşin cənub-qərb hissəsində yerləşən 19 ən həssas administrativ bölgələrin rəhbərliklərinə insanların həyatlarını xilas etmək üçün bütün lazımi tədbirlərin görülməsi tələb olunub". Nazirliyin məlumatına görə, təhlükəsiz yerlərə aparılmalı 1,8 milyondan 2 milyona qədər insan üçün artıq 13 mindən çox sığınacaq yeri hazırlanıb.

Bildirilib ki şənbə günü Benqal körfəzində meydana gələn Ampan siklonu, hazırda Banqladeşin Payra limanından 725 kilometr cənub-cənub-qərbdə yerləşir. Meteoroloqlar hesab edirlər ki, küləyin maksimum sabit sürəti saatda 225 kilometrə, ani şiddəti saatda 245 kilometrə çata bilər.

Onlar Benqal Körfəzindəki güclü siklonun Banqladeş və Hindistan sahillərinə doğru irəlilədiyini və hər iki ölkədə ciddi zərərlərə səbəb ola biləcəyini bildirib.

Siklonun mayın 20-si günorta saatlarında Banqladeş sahillərinə çatacağı ehtimal olunur.

Xəbər 3185 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb


BÜTÜN XƏBƏRLƏR +