Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


14.06.2019  09:48 

Oğuzda ağır yol qəzası - 2 ölü, 3 yaralı





A+  A-

Oğuzda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
XəzərNews.az xəbər verir ki, hadisə iyunun 13-dən 14-ə keçən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan və şəxsiyyətləri hələki dəqiqləşdirilməyən iki qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Daha üç nəfər- 2010-cu il təvəllüdlü Ağazəki İsmayıl oğlu Hacıyev, 30-35 yaşlarında olan Məlahət Hacıyeva və 35-40 yaşlarında olan İsmayıl Niyassalam oğlu Hacıyev aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssəsindən bildirilib ki, yaralıların müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri ağır qiymətləndirilir.

Əldə edilən məlumata görə, qəzaya düşənlər Bakıdan Zaqatalaya gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2976 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +