Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


05.04.2019  17:34 

Nazir soğanın bahalaşmasından DANIŞDI





A+  A-

"Son bir aya yaxındır ki, soğanın qiymətində bahalaşma gedir. Bu siyahıya kartofu və bir neçə gündür qiyməti bahalaşan kələmi də əlavə etmək olar".
XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi qiymətlərin qalxamasının səbəblərini araşdırmaqla məşğuldur: "Süni şəkildə qiymət artımı baş vermir.

Pərakəndə bazarlar daim nəzarət altındadır və monitorinqlər aparılır. Gündəlik təlabata daxil olan məhsullar daha da ciddi nəzarət altındadır. Ancaq qiymətlərin artımı bizi narahat edir".

Ş.Mustafayev qeyd edib ki, hökumət tərəfindən bununla bağlı bu gün və ya sabah müvafiq tədbirlər görüləcək:

""Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın dəyərinə spesifik idxal rüsumu tətbiq olunurdu. Bu kilosuna 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq istəyirik. Biz bu xüsusi rüsumun iki ay müddətinə dayandırılmasını istəyirik. Bazarda aparılan monitorinqlər davam etdiriləcək. Biz inanırıq ki, tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək".

Xəbər 3137 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +