Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub


03.05.2018  12:43 

DSMF-nin Göyçay Şöbəsinin müdiri əlillərin HAQQINI “YEYİR”





A+  A-

Göyçay rayonu Nizami küçəsi ev 69-da yaşayan 2-ci qrup əlil İsmayılova Xatirə Talıb qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
XəzərNews.az xəbər verir ki, sayt vasitəsilə prezident İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçi Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovdan narazılığını bildirir.
Onun sözlərinə görə, K.Xəlilov Şəki İnzibati-İqtisad Məhkəməsinin barəsində çıxarılan qərarını yerinə yetirməkdən imtina edir, onu get-gələ salır. Hansı ki, məhkəmə Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin üzərinə İsmayılova Xatirə Talıb qızının 01.09.1980-ci il tarixdən 17.02.1983-cü il tarixədək Məhsəti Gəncəvi adına Pedoqoji Məktəbdə əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyini qoyub. Bununla belə, Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilov məhkəmə qərarına məhəl qoymaq istəmir.
Bu baxımdan Xatirə İsmayılova prezident İlham Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdən xahiş edir ki, Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilov barəsində qanuni tədbirlər görülsün və barəsində çıxarılan məhkəmə qərarının yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar versinlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.















Xəbər 5722 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb


BÜTÜN XƏBƏRLƏR +