Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


13.12.2019  11:49 

Bakıda evdə ər-arvadın meyiti tapıldı





A+  A-

Bakıda ərlə arvadın evdə meyiti tapılıb.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, dekabrın 12-si gecə saatlarında Binəqədi rayonu, 1-ci mədəndə yaşayan 1992-ci il təvəllüdlü Səddam Qəhrəmanlı və arvadı, 1999-cu il təvəllüdlü Ramilə Mustafayeva yaşadıqları evdə ölüblər. Onları Səddamın qardaşı Toğrul hamamda ölü vəziyyətdə tapıb. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.

Müəyyən edilib ki, hamam evdən ayrı tikili formasında olub və hamamda axımlı su qızdırıcısı quraşdırılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər 1746 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +