10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


03.12.2018  16:45 

“Plan verdikləri üçün vətəndaşları 30 qəpik kimi görürlər” - BNA sədri





A+  A-

Dekabrın 1-də Parlament Jurnalistlər Birliyinin (PJB) Bakı Nəqliyyat Agentliyinə mediaturu baş tutub.
XəzərNews.az xəbər verir ki, tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı, Milli Məclisin deputatları Hadi Rəcəbli, Tahir Mirkişili, Aydın Hüseynov, Naqif Həmzəyev və mətbuat nümayəndələri iştirak edib.

“BakuBus” MMC-nin fəaliyyəti ilə tanışlıq zamanı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli
bildirib ki, hazırda Bakıda 41 daşıyıcı şirkət var:

"Bakubus"da daxil olmaqla, cəmi 3-4 şirkət vətəndaşları məmnun edəcək xidmət göstərir. Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi "BakuBus"ın payına düşür. İstəyirik ki, 85 faizə qədər dövlət bu sahəyə nəzarət etsin. Qalan 15 faiz isə dövlətin qoyduğu meyarlara cavab verən özəl şirkətlər olsun”.

BNA sədri həmçinin qeyd edib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanı:
“Həmin tələblər hökumətə təqdim olunub. həmin tələblərdən biri 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillər olmasıdır”.

V.Kərimli gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcəyini də deyib.

“Onlardan 280-i 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslardır. 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq”.

BNA sədri, həmçinin əlavə edib ki, Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır.

“Bu gün çox ciddi sürücü problemi var. Normalda 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər.

Sürücü çatışmazlığı var. Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur. Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar və fiziki olaraq yorulurlar. Plan verdikləri üçün vətəndaşları 30 qəpik olaraq görürlər. Biz onlara qarşı addımlar atırıq".

Xəbər 1681 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +