“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.07.2021  13:49 

ABŞ-da bir həftədə 400-dən çox insan öldürülüb





A+  A-

ABŞ-da bir həftə ərzində 400-dən çox insan qətlə yetirilib.
XəzərNews.az “Gun Violence Archive” araşdırma təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ-da 17- 23 iyul tarixlərində baş vermiş silahlı insidentlər zamanı azı 430 nəfər həlak olub.

Məlumata əsasən, ölkədə qeyd edilən müddət ərzində 915 silahlı insident yaşanıb. Bir həftə ərzində bu insidentlər nəticəsində 1007 nəfər yaralanıb.

Həmçinin qeyd olunur ki, son aylar ölkədə silahlı insidentlərin sayı artır.

Təşkilatın hesablamalarına görə, ABŞ-da 2020-ci ildə müxtəlif silahlı insidentlər zamanı təqribən 43 min nəfər həlak olub. Bu il isə odlu silahdan istifadə nəticəsində 24 min nəfər həyatını itirib və bu rəqəm artmağa davam edir.

Proqnozlara görə, bu ilki yekun göstərici keçən il qeydə alınan göstəricilərdən daha çox ola bilər.

Qeyd edək ki, “Gun Violence Archive” 2013-cü ildə təsis edilib və təqribən 6,5 min mənbədən əldə etdiyi məlumatlar əsasında gündəlik statistikanı açıqlayır.

Xəbər 1961 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +