“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.02.2024  13:44 

Tümendə azərbaycanlıların da iştirak etdiyi dava... - Açıqlama





A+  A-

Tümendə azərbaycanlı yeniyetmələrlə həmyaşıdları arasında baş verən davaya yerli diaspor münasibət bildirib.

Xəzərnews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Odlar Yurdu təşkilatın rəhbəri Munis Mustafayev diaspor nümayəndələrinin artıq məktəblilərlə profilaktik söhbət apardıqlarını bildirib.

“Onlardan dörd rus oğlan, iki azərbaycanlı və iki rus qız. Onlar məktəb səviyyəsində məişət zəminində dava ediblər”, - Munis Mustafayev deyib.

Diaspor rəhbəri qeyd edib ki, heç kim heç kimin əleyhinə polisə ərizə yazmayıb.

“Videonu bir qız yerləşdirib. Təbii ki, orada qanqster qrupları yoxdur. Gənclərlə profilaktik işlər aparılır”, - deyə o, yekunlaşdırıb.

Xatırladq ki, Tümendə izdiham içərisində olan yeniyetmələr bir neçə yerli sakini döyüb, prosesi lentə alıb və internetdə yayıblar. Münaqişələrin təşəbbüskarları eyni məktəbdə oxuyan yeddinci və səkkizinci sinif şagirdləri olub.

Yeniyetmənin anasının sözlərinə görə, oğlu heç bir ciddi xəsarət almasa da, bədənində qançırlar, burnu, dodaqları və şiddətli boyun ağrıları var. Lakin qadın qeyd edib ki, oğlunun dostu daha ağır xəsarətlər alıb.

Xəbər 1052 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +