“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.02.2017  10:26 

Azərbaycanda məmur kabinetin təmirinə 250 min xərcləyib





A+  A-

Nəqliyyat nazirinin müavini Arif Əsgərovun həbs olunacağı ilə bağlı yayılan xəbərlərin ardınca onun haqqında daha bir iddia gündəmə gəlib.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin yaydığı xəbərdə bildirilir ki, Arif Əsgərov nəqliyyat nazirinin müavini postuna təyin edildikdən sonra ona verilən iş otağında “əsaslı təmir” aparıb. Məlumata görə, A.Əsgərov bununla öz rəqiblərinə acıq vermək istəyib. O, Nəqliyyat Nazirliyinin rəhbərliyindən təmir üçün icazə aldıqdan sonra işə başlayıb və kabinet təmirinə 250 min manat pul xərcləyib. Bütün aksessuarları, mebelləri xarici ölkələrdən xüsusi sifarişlə gətirib.

Xatırladaq ki, keçmiş nazir müavinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olan vaxtlarda ciddi maliyyə pozuntularına yol verdiyi, 48 milyon manat dövlət vəsaitinin mənimsədiyi iddia olunur.

Xəbər 3113 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +