Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


24.09.2019  17:30 

ABŞ rusiyalı deputatlara viza vermədi





A+  A-

ABŞ hökuməti Rusiya Federasiya Şurasının 10 üzvünə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında iştirak etmələri üçün viza verməyib.
XəzərNews.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçov və digər 9 nəfər ABŞ-a səfər edə bilməyib. Bu barədə Kosaçov məlumat verib.

O qeyd edib ki, adı ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında olmasına baxmayaraq, Rusiya Xarici işlər naziri Sergey Lavrovu müşayiət etmək üçün “Vnukovo-2” hava limanına gəlib. Lakin xoşagəlməz situasiya ilə qarşılaşıb.

“Amerika tərəfi beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini pozaraq rəsmi nümayəndə heyətinin bir sıra üzvləri, o cümlədən mənim viza üçün müraciətimi sənədləşdirməyib”, -deyə senator bildirib.

O, bunu heç bir izahat və bəhanəsi olmayan çirkin hərəkət kimi dəyərləndirib.

XİN rəhbəri Sergey Lavrov bu məsələni ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə müzakirə edəcəyini deyib.

ABŞ səfirliyi Rusiya nümayəndə heyətinin üzvlərinə vizanın verilməməsini xüsusi bir vəziyyət adlandırıb və şərh verməkdən imtina edib.

Xəbər 2892 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +