Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


18.11.2017  11:28 

Türkiyədə NATO-ya qarşı cinayət işi açıldı





A+  A-

Ankara Cümhuriyyət Prokurorluğu NATO təlimlərində Prezident Rəcəb Tayyib Ərdoğan və ulu öndər Mustafa Kamal Atatürkü hədəf alan olayla bağlı cinayət işi başladıb.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb:
“Norveçdə yerləşən NATO Müttəfiq Hərb Mərkəzində keçirilən təlim zamanı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk təhqir edilib və alçaldılıb. Bu səbəbdən olayı törədənlər və bu işdə məsuliyyət daşıyanlarla bağlı Cümhuriyyət Prokurorluğu 2017/191238 saylı qərarla cinayət işi başladıb".

Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Olaydan dərhal sonra Türkiyə təlimdə iştirak edən hərbçilərini geri çağırıb.
Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib.

Xəbər 3020 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +