Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat


30.05.2017  13:53 

Azərbaycanda 5 bank nəzarətə götürüldü





A+  A-

“Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planı baş tutarsa, bank əhəmiyyətli dərəcədə sağlamlaşdırılacaq”.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. O qeyd edib ki, ötən həftə “xarici kreditorlar klubuna” restrukturizasiya planı təqdim olunub:

“Bu plan dövlət tərəfindən dəstəklənir. Söhbət həm kapitalın komfort səviyyəyə çatdırılmasından, həm də yetərli dərəcədə likvidliyin təmin olunmasından gedir. Plan baş tutduğu halda bankın öhdəlikləri üzrə xərclər aktivlərdən gələn gəlir hesabına təmin olunacaq. Bu isə özəlləşdirilmə öncəsi bankın dəyərini xeyli artıracaq”.

R.Aslanlı bank sektorundakı ümumi vəziyyətdən danışarkən kapitallaşma problemi ilə üzləşən 5 bankın nəzarətə götürüldüyünü açıqlayıb. “Son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank “watch list”ə daxil edilib və onlar nəzarət altındadır”.

Xəbər 3109 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi


BÜTÜN XƏBƏRLƏR +