MAQATE nümayəndə heyəti Tehrana səfər edəcək
Ukrayna ordusunda fərarilərin sayı 400 mini yaxınlaşır
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
AZAL 1 saatlıq uçuş üçün 1282 manat alır!
Şahin Şıxlinski Moskvada könüllü təslim olub
Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar


14.04.2025  17:56 

Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə





A+  A-

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın məhkəməsi yenə təxirə salınıb.

Buna səbəb zərərçəkmiş şəxslərdən ikisinin prosesə gəlməməsidir.

Həmin zərərçəkmişlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və sahibkar Yadigar İsrafilovdur. İttihamda yazılıb ki, Alışan Bəbəkin 1 milyon 300 min, Yadigarın isə 200 min dollarını ələ keçirib. Onlar Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ifadə verib, şikayətçi olublar. Amma bu gün məhkəməyə gəlmirlər.

Babəkin vəkilinin dediyinə görə, müvəkkili işi ilə bağlı İstanbuldadır. Bu səbəbdən əvvəlki ifadəsinin elan edilməsini istəyir.

Amma məhkəməyə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişin ismarışını qəbul etməyib: “Şəxs ağır cinayətdə ittiham olunur. Lakin zərərçəkmiş gəlib ifadə vermir. Biz bilmirik o, istintaq vaxtı necə danışıb. Gəlməməsi mümkün deyil. Zərərçəkmişdirsə, məhkəmədə dindirilməlidir”.

Maraqlıdır ki, adətən məhkəmədən yayınan tərəf ya şahid, ya da sərbəst mühakimə edilən müttəhim olur. Bu işdə isə vəziyyət fəqlidir. Bundan əvvəlki iclasda zərərçəkmiş Yadigar İsrafilov barəsində də məcburi gətirilmə qərarı çıxarılıb. Qərarın icrası polisə həvalə edilib. Deyilənə görə, Y.İsrafilov hazırda Dubaydadır.

Zərərçəkmişlərdən yalnız Zeynal Usubov məhkəmədə dindirilib. İstintaq materiallarına əsasən, Zeynal bu işdə 545 min dollar itirib.

Proses 24 apreldə davam edəcək.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir./Qafqazinfo

Xəbər 4973 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.08.2025  01:21 

Şabranda yanğın baş verib

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU


BÜTÜN XƏBƏRLƏR +