MAQATE nümayəndə heyəti Tehrana səfər edəcək
Ukrayna ordusunda fərarilərin sayı 400 mini yaxınlaşır
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
AZAL 1 saatlıq uçuş üçün 1282 manat alır!
Şahin Şıxlinski Moskvada könüllü təslim olub
Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar


08.04.2025  17:21 

Səfir Lvivdə Azərbaycan icması ilə görüşdü - Foto





A+  A-

Azərbaycanın Ukrayinadakı səfiri Seymur Mərdəliyev Lviv vilayətinə işgüzar səfər edib. Səfər çərçivəsində S.Mərdəliyev Lviv Vilayət Dövlət Administrasiyası, Lviv və Truskovetsk şəhər şuralarının rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlər barədə müzakirələr aparıb.

XəzərNews.az xəbər verir ki, rəsmi görüşlərdə mövcud şəraitdə mümkün əməkdaşlıq təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb, razılıqlar əldə edilib. Ukrayina rəsmiləri Azərbaycanın Ukrayinaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirib və təşəkkür ifadə ediblər.

Səfər çərçivəsində “Birlikdə güclüyük” şüarlı poçt markasının möhürlənməsi baş tutub. Mərasimdə S.Mərdəliyev, Qərb regionunda “Ukrpoşta" SC-nin direktoru Yevgeni Savçuk, "Zaxidnadraservis" Şirkətlər Qrupunun baş direktoru Stepan Kozitski və ictimai fəal Yuri Kotik Azərbaycan-Ukrayna dostluğuna həsr olunaraq cəmi min ədəd buraxılmış markanı möhürləyərək təqdim ediblər.



Səfər zamanı S.Mərdəliyev Lviv vilayətində yaşayan Azərbaycan icması və diaspora təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşdə səfir Azərbaycan dövlətinin diasporumuza verdiyi əhəmiyyət və qayğı, diaspor təşkilatlarının fəaliyyətlərinin məhsuldar və faydalı olmaları üçün tövsiyələr barədə danışıb, həmvətənlərimizin təklif və ricalarını dinləyib, qarşılıqlı fikir mübadiləsi aparıb. Lviv vilayətində diasporamızın sağlam inkişaf etdiyi, fəaliyyətinin məhsuldar olduğu qeyd edilib, pandemiya və müharibə çətinliklərinə baxmayaraq keçirilmiş tədbir və təşəbbüslər barədə məlumat dinlənilib.

Görüşdə, həmçinin Lvivda Azərbaycan məktəbinin yaradılması, Qərbi Ukraynada yaşayan soydaşlarımıza konsulluq xidmətlərinin asanlaşdırılması, sənədlərinin hazırlanması və digər aktual məsələlər də müzakirə olunub. S.Mərdəliyev müharibə şəraitində soydaşlarımızın təhlükəsizliyi məqsədilə tövsiyələrini bölüşüb, Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb.



Səfər çərçivəsində səfir S.Mərdəliyev Lviv 1 saylı şəhər klinik xəstəxanasında yaradılmış Azərbaycanın dahi oftalmoloqu, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə baş çəkib, mərkəzin fəaliyyəti və ehtiyacları ilə tanış olub, Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini olmuş Sadıq bəy Ağabəyzadənin Lvivda yerləşən məzarını ziyarət edib.

Xəbər 4302 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.08.2025  01:21 

Şabranda yanğın baş verib

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU


BÜTÜN XƏBƏRLƏR +