FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir
Qəza yanğına səbəb oldu - Siyəzəndə
Bakıda qızlar arasında dava olub
Tanınmış azərbaycanlı şair VƏFAT ETDİ
Qazinin çimərlikdəki obyektini niyə söküblər? - RƏSMİ AÇIQLAMA
Rusiyadakı Azərbaycan diasporu LƏĞV OLUNA BİLƏR
Suriyada atəşkəsə qədər 700-dən çox adam ölüb
Prezidentdən cərimələrlə bağlı vacib FƏRMAN


22.08.2021  15:53 

Xəzərdə yeni qaz yataqları aşkarlandı





A+  A-

Xəzər dənizinin İrana aid olan sektorunda böyük həcmli qaz yataqları aşkarlanıb.
XəzərNews.az xəbər verir ki, bunu Çalus yataqlarında qaz hasil edən İranın “Khazar Exploration and Production” şirkətinin baş icraçı direktoru Əli Osuli deyib.

O bildirib ki, hazırda yataqlardakı qazın miqdarı müəyyənləşdirilir.

Osulinin fikrincə, qazın hasil edilməsi üçün Rusiya və Çin texniki və maliyyə dəstəyi verəcəklər:

“Aşkar edilən yataqdakı qazın miqdarı çox olduğu üçün İran Avropanın qaza olan ehtiyacının 20 faizini ödəyə bilər”.

“Oilpraice.com” saytı yazır ki, gələcəkdə bu qazın Avropaya nəql edilməsi üçün Rusiya ilə razılaşma olacaq:

“Hazırda Avropada qaza böyük tələbat var. İran Çalus strukturundan hasil edilən qazı Rusiya vasitəsilə ixrac etmək istəyir ki, Avropaya təsir imkanlarını əlində saxlasın. Rusiya isə öz növbəsində “nüvə razılaşması” məsələsində İranı müdafiə etsin”.

Xəbər 4221 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +