FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir
Qəza yanğına səbəb oldu - Siyəzəndə
Bakıda qızlar arasında dava olub
Tanınmış azərbaycanlı şair VƏFAT ETDİ
Qazinin çimərlikdəki obyektini niyə söküblər? - RƏSMİ AÇIQLAMA
Rusiyadakı Azərbaycan diasporu LƏĞV OLUNA BİLƏR
Suriyada atəşkəsə qədər 700-dən çox adam ölüb
Prezidentdən cərimələrlə bağlı vacib FƏRMAN


18.06.2021  12:10 

Bakı və Abşeronda yarmarkalar təşkil olunacaq





A+  A-

19-20 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək.
XəzərNews.az xəbər verir ki, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda təşkil olunacaq yarmarkaların əsas məqsədi vətəndaşlar üçün təbii və sağlam kənd məhsullarını əlçatan etmək, həmçinin yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Yarmarkalarda satışa çıxarılacaq kənd təsərrüfatı və qida məhsulları müxtəlif regionlarda fəaliyyət göstərən yerli fermerlər tərəfindən istehsal olunur və yarmarkalarda da həmin fermerlərin özləri tərəfindən satışa çıxarılır. Fermerlər yarmarkada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçirlər. Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında 40-a yaxın regiondan 100-dən artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların seçiciliklə temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Həmçinin, yarmarka ərazisində təşkilatçı qurum tərəfindən mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Xəbər 3526 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +