Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


19.07.2025  14:02 

Tanınmış azərbaycanlı şair VƏFAT ETDİ





A+  A-

Tanınmış şair Soltan İsrafil oğlu Abbasov 92 yaşında vəfat edib.

XəzərNews.az xəbər verir ki, şair bu gün yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, o, 1951- 1953-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlayıb və 1953-1955-ci illərdə Boyat kənd İnzibati Ərazi üzrə nümayəndə və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləyib.

1957-1960-cı illərdə Neftçala rayon Xıllı qəsəbə orta məktəbində, 1960-1973-cü illərdə isə Neftçala rayon Boyat kənd 8 illik məktəbində müəllimlik edib, 1973-1974-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri, 1991-2006-cı illərdə Boyat kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi vəzifələrində çalışıb.

Soltan Abbas 1960-cı illərdən yaradıcılığa başlayıb. "Damcı", "Mənə çox öyrəşmə", "Tut ağacı", "Yollar - ömür yolum", "Həqiqətin ağzı daş saxlamaz", "Rübailər", "Qəzəllər" və digər əsərlərin müəllifidir.

Şair Soltan Abbas 1980-ci ildə "Azərbaycan SSR Xalq Maarifi əlaçısı" nişanına, 1958-ci ildə Azərbaycan Komsomolu, 1985-ci ildə SSRİ Maarif Nazirliyinin, Fəxri Fərmanlarına, 1987-ci ildə Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə, 1994-cü ildə isə "Məmməd Araz" ali ədəbi mükafatına layiq görülüb.

Xəbər 82 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +