Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


19.07.2025  10:50 

Beyləqanda həkimi şantaj etməklə pul tələb edənlər...





A+  A-

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

XəzərNews.az “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Quliyev Fəxrəddin Əli oğlunun və Nemətli Mehriban Səyyad qızının sosial şəbəkələrdə yayılan görüntülərinin təfərrüatları məlum olub.

Aparılmış araşdırmalarla bir sıra şəxslərin qanunsuz hərəkətləri müəyyən olunduğundan fakta görə cinayət işi başlanıb.

Müəyyən edilib ki, Mehriban Nemətli tanışı Çinarə Nəsirli ilə cinayət əlaqəsinə girərək Fəxrəddin Quliyevlə aralarında 1 ildən artıq olan pul qarşılığında münasibətləri əks etdirən görüntülərin xidməti otaqda gizli çəkilişini aparıblar. Tərəflər həmin görüntüləri F.Quliyevin oğlu, həkim-stomotoloq olan Fuad Quliyevə və digər şəxslərə ötürməklə sosial şəbəkələrdə yayacağı hədəsi ilə pul tələb ediblər.

Qanunsuz tələblə razılaşmayan Fuad Quliyev atasına qarşı törədilən hərəkətlərin onun üzərindən yayındırılması üçün sifarişlə başqa qadın vasitəsilə Mehriban Nemətlini həqiqətə uyğun olmayan başqa video çəkməyə məcbur etməklə, çəkilən videonu sosial şəbəkələrdə yayıblar.

Hazırda Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, pornoqrafik materialların yayılması maddələri ilə başlanan cinayət işi üzrə Mehriban Nemətli, Çinarə Nəsirli, Fuad Quliyev istintaqa cəlb ediliblər.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər 81 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +