Xanımlarının güdazına gedən prezidentlər... - Fotolar
Trampın bir sözü ilə Rusiya bazarı 100 milyard itirdi
Vuçiç İlham Əliyevə məktub göndərdi
Şəhid lövhələri niyə yığışdırılır? - Açıqlama
Əməliyyat: Saxlanılanlar var
Toylardan alınan insafsız pullar mügənniləri qudurdub...
Şahbaz Şərif İrana səfər edib
Təhsil Şöbəsinin sabiq müdiri də əfv edilib
Sülh yolu ilə nizamlanma Avropaya siqnal olardı - Baş nazir
Mən sülh sazişini təsdiq etməyə gəlmişəm - Barrot


16.02.2024  21:30 

Günəşdə partlayış olub





A+  A-

Günəşdə ən yüksək "X" sinfinə aid partlayış baş verib.

Xəzərnews.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofiziki xidməti verib.

"Moskva vaxtı ilə saat 09:53-də (Bakı vaxtı ilə 10:53) 2 674 km/saat sürəti ilə rentgen diapazonunda II spektral tipli radio emissiyasının yayılması və qısa dalğalı radio rabitəsinin pozulması ilə müşayiət olunan və 16 dəqiqə davam edən X2.5 (S16W85) partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsiri mümkün beş səviyyədən üçüncüdə qərarlaşıb ki, bu da yüksək göstəricidir. İndi o, R1 (zəif) səviyyəsinə enib.

Bundan başqa, bu gün saat 05:51-də (Bakı vaxtı ilə 06:51) 3576 (S13W88) günəş ləkələri qrupunda rentgen diapazonunda daha bir M1.5 sinifli alışma qeydə alınıb və 18 dəqiqə davam edib.

"X" sinfinə aid partlayış mümkün beş səviyyədən ən güclüsüdür (A, B, C, M və X). O, əksər hallarda Günəşdə plazma emissiyalarına səbəb olur ki, bu da Yerdə maqnit qasırğasına səbəb ola bilər.


Xəbər 1389 dəfə oxunub.



26.05.2025  17:08 

Əməliyyat: Saxlanılanlar var

26.05.2025  16:24 

Şahbaz Şərif İrana səfər edib

26.05.2025  00:08 

“Səs”in qalibi o oldu


BÜTÜN XƏBƏRLƏR +