İranın ali lideri Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir
Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb


13.01.2025  11:45 

Tiktoker Müjgan polisə çağırılıb





A+  A-

Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb

Xəzərnews.az xəbər verir ki, bu barədə xanım tiktokerin özü məlumat verib. Onun sözlərinə görə, Abşeron rayon Polis İdarəsindən zəng edərək bildiriblər ki, onun barəsində vətəndaş şikayəti var:

"Guya bir xanım mənə qarşı iddia qaldırıb. Belə ki, vaxtilə mən öz səhifəmdə avtomobilin satılması üçün reklam etmişəm və bu xanım da mənə öz evinin satılması üçün reklam etməyimi istəyib. Bunun müqabilində guya ondan 1000 manat pul almışam. Bu şikayət əsasında mənə idarəyə gəlib izahat yazmağımı tələb ediblər".

Müjgan Məmmədzadə onu da qeyd edib ki, yayınçı olması səbəbindən ona reklam təklifləri xeyli sayda olsa da, lakin heç birinə müsbət cavab vermir:

"Təklifləri nə qədər geri qaytarsam da əl çəkmirlər. Ona görə də şişirdilmiş rəqəm deyirəm ki, əl çəksinlər. Mən gözəl bilirəm ki, reklam etdiyim halda dövlətə vergi ödəməliyəm. Düzdür, əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum üçün VÖEN və Asan imzamı olub, sadəcə onları aktivləşdirmək lazımdır. Çox narahatam, çünki xaricdə oturan yayınçılar tərəfindən şantaj edilirəm. Mənim və ailə üzvlərimin fotolarını yayınlarında saxlayıb təhqir və söyüşlər söyürlər. Mənə bildirirlər ki, əgər 1000 manat verməsən bu əməlimizdən əl çəkməyəcəyik. Bu arqumentlə xanımın 1000 manat söhbəti məndə artıq şübhələrimi daha da artırır. Mən DİN-in 102 xidmətinə zəng edərək bu məsələni danışdım. Çarəsizəm, köməyə ehtiyacım var".//Lent.az


Xəbər 2727 dəfə oxunub.



26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +