200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


18.05.2020  13:39 

Azərbaycanda qəzaların sayı 12 faiz artıb





A+  A-

Dövlət Statistika Komitəsi bu ilin ilk 3 ayı ərzində baş verən yol qəzaları ilə bağlı statisikanı açıqlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, 2020-ci ilin yanvar-mart aylarında 421 yol-nəqliyyat hadisəsi baş verib: Bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çoxdur. Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub. Onlardan 181-i həlak olub, 378-i isə yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş verib, 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,0 faiz artaraq 133 nəfər, yaralananların sayı 5,4 faiz artaraq 350 nəfər olub”.

Xəbər 1817 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +