Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb


18.05.2020  14:16 

Qazaxıstanda koronavirus peyvəndinin ilkin sınaqlarına başlanıldı





A+  A-

Qazaxıstanlı alimlər tərəfindən yaradılan COVID-19 əleyhinə peyvəndin ilkin sınaqlarına başlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Qazaxıstanın Elm və Təhsil Nazirliyinin mətbuat xidməti açıqlama verib: “Qazaxıstan alimlərinin yaratdığı peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən preklinik tədqiqatlara icazə verilən COVID-19 əleyhinə peyvənd namizədlərinin siyahısına əlavə edilib. Sözügedən inaktiv peyvənd Təhsil və Elm Nazirliyi Elm Komitəsinin Bioloji Təhlükəsizlik üzrə Elmi Araşdırma İnstitutunun işçiləri tərəfindən hazırlanıb. Peyvənd Qazaxıstanda müalicə alan xəstələrdən götürülən bir virus ştammına əsaslanaraq hazırlanıb”.

Bildirilib ki, növbəti mərhələdə institutun alimləri bir sıra preklinik və klinik sınaqlar keçirməlidirlər. “Beləliklə, Qazaxıstan rəsmi olaraq COVID-19 əleyhinə peyvənd istehsalçılarından birinə çevrildi”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Qazaxıstanda bu günə qədər 6440 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 34-ü xəstəlik səbəbindən həyatını itirib.

Xəbər 1609 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +