Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


13.06.2022  20:15 

13 hakim tutduğu vəzifədən azad olunub





A+  A-

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

XəzərNews.az Məhkəmə-Hüquq Şurasına istinadən xəbər verir ki, ötən dövrdə şəffaf prosedurlarla aparılan seçim nəticəsində 44 nəfər hakimliyə namizəd bütün imtahanları, habelə yarım illik tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq müxtəlif hakim vəzifələrinə təyin edilib. Hazırda 200-dən çox namizəd seçim prosesinin müxtəlif, o cümlədən sonuncu mərhələlərindədir.

Müsabiqəni uğurla başa vurmuş daha 39 namizəd isə hakimlərin seçimi Qaydalarına əsasən ixtisaslaşmanın aparılması üçün Hakimlərin Seçki Komitəsi tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim edilib.

Şura tərəfindən həmin namizədlərlə fərdi söhbətlər keçirilib və birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Qeyd olunub ki, böyük əksəriyyəti 35 yaşa qədər gənc nəsil hüquqşünaslardan ibarət olan namizədlər hüququn müxtəlif sahələrində çalışırlar. Onların sırasında qadınların sayının 60% təşkil etməsi ölkəmizdə qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürüdür.

Eyni zamanda Şurada məhkəmə fəaliyyətinin yeni çağırışlara uyğun, müasir tələblər səviyyəsində təşkilinin, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb, bu sahədə ölkə Prezidentinin qəti siyasi iradəsi diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən dövrdə korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

İclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib.
Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.

Xəbər 3419 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +