Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü
Keyfiyyətli dondurmanı necə seçək?
Vağzalın parkinq xidməti müvəqqəti dayandırılır
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb
Kursdan çıxan PUA Rostovda yaşayış binasına çırpılıb
Əsir mübadiləsi: 84 ukraynalı vətənə qayıdıb
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı


12.12.2021  12:30 

Çiskinli yağış yağacağı ehtimalı var - Sabah





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

XəzərNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.


Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 4-9° isti olacaq.

Xəbər 2966 dəfə oxunub.



14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub


BÜTÜN XƏBƏRLƏR +