Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


29.07.2019  12:54 

Polisdən maketlərlə bağlı AÇIQLAMA





A+  A-

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi respublika yollarında qoyulmuş YPX avtomobillərinin maketləri ilə bağlı rəsmi açıqlama verib.
XəzərNews.az-ın məlumatına görə, idarənin şöbə rəisi Kamran Əliyev “Qafqazinfo”ya bildirib ki, sözügedən maketlər profilaktik tədbir məqsədi ilə quraşdırılıb:

“Məqsəd də odur ki, sürücülər həmin maşınları görəndə, doğru zənn edib sürət həddini azaltsınlar, qayda pozuntusuna yol verməsinlər.

Hazırda insanlar bir-birinə bu maketlərin yerini deməyə çalışır. Daha düşünmürlər ki, qarşı tərəfin həyatı üçün təhlükəli vəziyyət yaradırlar. İnsanları çaşdırır, inzibati məsuliyyətə cəlb olunmasına sövq edirlər. Ancaq bilməlidirlər ki, bu gün həmin ərazidə maket quraşdırılıbsa, 2 saat sonra onun yerinə həqiqi avtomobil yerləşdirilə bilər. Ona görə də, kimsə yolda YPX maketi gördüyü təqdirdə tez onun koordinatlarını sosial şəbəkələrdə paylaşmamalıdır”.

Şöbə rəisi sosial şəbəkələrdə maketlərdən birinin küləkdən aşdığı əks olunmuş fotoya da münasibət bildiriərək hadisənin Türkiyədə baş verdiyini vurğulayıb.

Xəbər 3109 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +