Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü
Keyfiyyətli dondurmanı necə seçək?
Vağzalın parkinq xidməti müvəqqəti dayandırılır
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb
Kursdan çıxan PUA Rostovda yaşayış binasına çırpılıb
Əsir mübadiləsi: 84 ukraynalı vətənə qayıdıb
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı


20.02.2019  09:15 

Azərbaycanda yeni meyvə sortları yaradılıb





A+  A-

Azərbaycanda yeni çay, limon və naringi sortları əldə edilib.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) direktoru, elmlər doktoru, professor Fərman Quliyev deyib.

F.Quliyevin sözlərinə görə, uzun illər ərzində aparılan tədqiqat işləri nəticəsində mövcud limon, çay və naringi sortları arasından təsərrüfat göstəricilərinə - məhsuldarlığına, keyfiyyətinə, şaxtaya və quraqlığa davamlılığına, zərərvericilərə qarşı dözümlülüyünə görə ən yaxşı sortlar yoxlanılıb. Tədqiqatlar nəticəsində 4 yeni çay sortu əldə edilib.

Alim klon seleksiyası yolu ilə əldə edilən və artırılan həmin çay sortlarını "Fərmançay", "Fərmançay çəhrayı", "Lənkəran", "Xəzər" adlandırdığını da söyləyib: "Həmin çay sortları bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəricilərinə görə rayonlaşdırılmış "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib. Əldə edilmiş yeni sortlar gələcəkdə təsərrüfatlarda yayıla bilər".

F.Quliyev əlavə edib ki, Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarının yeni "LənkəranMeyeri" – ağçiçək sortu, naringi sort-formalarının isə qiymətli ilkin material kimi yeni naringi "Karlik tezyetişən" sortu yaradılıb.

O əlavə edib ki, yeni sortlar Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.

Xəbər 2874 dəfə oxunub.



14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub


BÜTÜN XƏBƏRLƏR +