Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


22.01.2018  10:56 

AŞPA-nın qış sessiyası başlayır





A+  A-

Bu gün Avropa Şurası Parlament Assambleyasının qış sessiyası start götürür.
XəzərNews.az xəbər verir ki, 26 yanvar tarixinə qədər davam edəcək sessiya Fransanın Strasburq şəhərində başlayır. İlk iclas günü parlamentin prezident və vitse-prezidentləri, qurumun insan haqları üzrə komissarları seçiləcək.

Sessiya "Konfliktlər və onların humanitar fəsadları" mövzusuna həsr edilib. İclas vaxtı Avropadakı münaqişələr və onlardan əziyyət çəkən insanlar, Fələstin-İsrail probleminin həlli yolları, İslamofobiya və ksenofobiya ilə mübarizədə AŞ-nın və digər qurumların rolu, Avropada antisemitizmin artması kimi məsələlər müzakirə ediləcək.

Azərbaycanın qurumdakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov 26 yanvar tarixində “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan 24 yanvar tarixində Avropa Şurasının Parlament Assambleyasında çıxış edəcək.

Xəbər 3152 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +