Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


27.12.2017  18:51 

Elmar Məmmədyarov Qazaxıstan səfirini qəbul etdi





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib.
XİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq tarixi, etnik və mədəni köklərə əsaslandığı qeyd olunaraq, iki ölkənin liderləri arasında səmimi dostluğun və yüksək səviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyi qeyd edilib, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu və bu çərçivədə yüksək səviyyədə qarşılıqlı təbrik məktublarının mübadiləsi, Qazaxıstanda və Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsi məmnuniyyətlə nəzərdən keçirilib, hökumətlərarası birgə komissiyanın ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafında və qarşılıqlı faydalı birgə layihələrin müəyyən edilməsində mühüm rol oynadığı və komissiyanın bu il məhsuldar iclasının keçirildiyi önə çəkilib.

Görüşdə Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunulub və bu çərçivədə Azərbaycan-Qazaxıstan əməkdaşlığı təqdir edilib. Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Səfir Qazaxıstanın Azərbaycanla diplomatik münasibətlərinin qurulmasının 25 illiyi və ikitərəfli münasibətlərin inkişafında xidmətlərinə görə, Qazaxıstan prezidenti N. Nazarbayevin fərmanı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təltif edildiyi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi” medalını təqdim edib.

Xəbər 3043 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +