Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


15.12.2017  17:54 

Zahid Oruc narazılıq etdi, Oqtay Əsədov ona irad tutdu





A+  A-

Milli Məclisdə Seçki Məcəlləsinə dəyişikliklə bağlı sənədin müzakirəsi zamanı danışan deputat Siyavuş Novruzov bəzi şəxslərin vaxtından əvvəl prezident seçkilərinin keçirilə biləcəyi barədə iddialarını şayiə adlandırıb.
XəzərNews.az-ın məlumatına görə, deputat Zahid Oruc Siyavuş Novruzovun bu fikrinə sərt reaksiya verib. Z.Oruc deyib ki, kimin bu dövlət qarşısında xidmət göstərdiyi göz qarşısındadır.

“Bir çoxları bura göstərdiyi xidmətə görə gəlib. Onlar təsadüfdən gəlməyiblər. Odur ki, bu parlamentdə dövlətə hər hansı bir təhlükə yoxdur”.

İntizam Komissiyasının yenidən formalaşdırılması barədəki təkliflərə toxunan Z.Oruc deyib ki, burada ixtisaslaşmış şəxslərdən söhbət gedir. “İntizam Komissiyasının üzvləri harda ixtisaslaşırlar?” .

Z.Oruc dedi ki, hətta Rusiyanın özündə mandatdan etik davranışa görə məhrum etmə nümunəsi yoxdur.

Spiker Oqtay Əsədov isə Zahid Oruca sərt reaksiya verib.

“Zahid Oruc, birincisi, de görüm sən referendumda iştirak etmisən? Səs vermisən? Cəmiyyət də səs verib, bunu istəyib, biz də bununla bağlı qərar qəbul edirik. Hələ müəyyən düzəlişlərdən sonra bu sənəddən də narazılıq varsa, mənim sözüm yoxdur”.

Xəbər 3613 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +