Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


13.10.2017  14:06 

Azərbaycan əhalisinin sayı açıqlandı





A+  A-

Ölkə əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb.
XəzərNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53%-ni şəhər, 47%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2 uşaq düşür.

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39004 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6 təşkil edib.

Xəbər 3297 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +