Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


27.02.2017  22:41 

Azərbaycanda sığınacaq axtaranlar hansı ölkələrin vətəndaşlarıdır?





A+  A-

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkədə 1423 qaçqın və sığınacaq axtaran şəxs qeydiyyata alınıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Nümayəndəlikdən bildirilib ki, qaçqın və sığınacaq axtaran şəxslərin çoxu Əfqanıstan vətəndaşlarıdır. Bu siyahıda 2-ci yeri çeçenlər (Rusiya vətəndaşı) tutur.

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycandakı qaçqın və sığınacaq axtaran şəxslərin 47 faizi (668 nəfər) Əfqanıstan vətəndaşı, 39 faizi (556 nəfər) çeçen (Rusiya), 4,9 faizi (69 nəfər) İran vətəndaşı, 3 faizi (43 nəfər) Pakistan vətəndaşı, 2 faizə yaxını (23 nəfər) Suriya vətəndaşıdır. Qalan 4,5 faiz (64 nəfər) isə digər dövlətlərdəndir.

Nümayəndəlikdən əlavə edilib ki, qaçqın və sığınacaq axtaran şəxslərin ilk növbədə öz ölkələrinə könüllü qayıdışı üçün cəhd göstərilir. Bu mümkün olmadıqda yerli inteqrasiya proqramları həyata keçirilir. Bu variant baş tutmadıqda, yaxud müəyyən səbəblər olduqda, yəni şəxsin sağlamlığı üçün müəyyən problemlər yarandıqda, şəxs olduğu ölkə üçün təhlükə törətdikdə və ya olduğu ölkədə onun həyatı, sağlamlığı üçün təhlükə yarandıqda o, başqa ölkələrə göndərilir. Bu zaman Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə layihə çərçivəsində həmin şəxs Avropa ölkələrinə, ABŞ-a, yəni qaçqınları qəbul edən ölkələrdən birinə göndəriilir.

Xəbər 5401 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +