Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


21.07.2025  11:49 

Kreml Azərbaycana əleyhinə daha nələri etməyi planlaşdırır?





A+  A-

Kreml Azərbaycana qarşı pisliklərini davam etdirir, sadalamağa ehtiyac yoxdur. Əsas sual budur: Kremlin başbilənləri ölkəmiz əleyhinə daha nələri etməyi planlaşdırırlar?

XəzərNews.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında bildirib.

Politoloqun sözlərinə görə, Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan diaspor nümayəndələrinə müxtəlif problemlər yaradılmasını, həmçinin kənd təsərrüfatı məhsullarımızın əvvəlkitək sərhəddən geri qaytarılmasını proqnozlaşdırmaq olar:

“Bu azmış kimi, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin dövlət kanallarındakı şovinist aparıcılar, proqramlara çıxardıqları siyasi şərhçilər və “Z-blogerlər” Azərbaycana qarşı təxribatları genişləndirməyi təklif edirlər. Narahat olmalıyıqmı? Rusiya hərbçiləri “sülhməramlı” adı altında hələ Qarabağda olsaydılar, narahatlıq üçün əsas ola bilərdi. Bu məsələni həll etmişik, 200 ildən sonra ilk dəfə torpaqlarımızda rus hərbçisi yoxdur.”

E.Şahinoğlunun fikrincə, şimaldan gələ biləcək təxribat ssenarilərinə də hazır olmalıyıq:

“Birincisi, kənd təsərrüfatı məhsullarımız üçün alternativ bazarların axtarışını sürətləndirməliyik. İkincisi, geri qayıdan azərbaycanlılara Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətlərini davam etdirmək üçün münbit şərait yaradılmalı, kreditlər ayrılmalıdır. Çünki Rusiya Gürcüstan müharibəsində gürcüləri kütləvi şəkildə deportasiya etdiyi kimi, eyni “üsuldan” azərbaycanlılara qarşı da istifadə edə bilər. Rusiyadakı azərbaycanlı işadamlarının leqal kapitallarını “vergi yoxlamaları” bəhanəsiylə əllərindən ala bilər”.

Politoloq qeyd edib ki, Rusiya İranla birgə Xəzər dənizində hərbi təlimlər keçirməyə hazırlaşır:

“Bu təlimlər sırasında iki ölkənin hərbi gəmiləri dəniz sərhədlərimizi poza bilər. Rusiya Dağıstanla sərhədə əlavə qüvvələr cəmləşdirə bilər. Buna qarşı Azərbaycan Türkiyə ilə yanaşı Mərkəzi Asiyanın türk dövlətləri ilə hərbi təlimlərin sayını artırmağa çalışmalıdır. Məntiqlə Kreml Ukrayna ilə müharibə apardığı, Qərbin sərt sanksiyaları ilə üzləşdiyi dövrdə ötən ilin dekabrına qədər normal münasibətləri olduğu Azərbaycanla gərginliyin ortadan qaldıırlmasına çalışmalıdır. Ancaq Rusiyanı idarə edənlər nə vaxt məntiqlə qərar veriblər ki?"


Xəbər 454 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +