Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


19.03.2024  14:55 

Londonda məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir





A+  A-

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Orxan Cavanşir oğlu Cavanşirə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 142D ünvanında qeyri-yaşayış binasının (anbar) tikintisinə icazə verib.

Xəzərnews.az Yeniavaz.com-a istinadla xəbər verir ki, tikintisinə icazə verilən anbarın ümumi sahəsi 9 min 34 kv. metr olacaq.
Məlumat üçün bildirək ki, Orxan Cavanşir oğlu Cavanşir millət vəkili Cavanşir Feyziyevin oğludur.

Millət vəkilinin 1994-cü il təvəllüdlü oğlu bir müddət əvvəl “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin keçirdiyi tender müsabiqəsində qalib olub. Orxan Cavanşir “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə 1 il müddətinə ofis və anbar kompleksi icarəyə verib və qarşılığnda 1 milyon 176 min manat alıb.

Xatırladaq ki, bu yaxınlarda Britaniya Ali Məhkəməsi Cavanşir Feyziyev və onun həyat yoldaşının dondurulmuş mülkləri ilə bağlı məsələyə baxıb və sözügedən əmlak portfelinin dondurulması barədə qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, söhbət 39,5 milyon funt sterlinqdən (85,1 milyon manat) artıq qiymətə alınmış 22 əmlakdan gedir.

Deputat və həyat yoldaşının 22 mülkü qeyri-qanuni yollarla qazanılan vəsaitlər hesabına əldə etdiyi ehtimal edilir.

Xəbər 3346 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +