Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


19.12.2022  12:29 

Kiyev bu ölkədən 286 milyon avroluq artilleriya sursatı alacaq





A+  A-

Britaniya hökuməti gələn il üçün Ukraynaya yardım elan edib. Belə ki, Kiyev ümumi məbləği təxminən 286 milyon avro olan bir neçə yüz min artilleriya sursatı alacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak dekabrın 19-da Riqada Birgə Ekspedisiya Qüvvələrinin sammitində Kiyev üçün yeni artilleriya paketini elan edib.

Londonun bu qərarı Ukrayna Silahlı Qüvvələrini 2023-cü il ərzində daimi artilleriya sursatları ilə təmin edəcək.

"Böyük Britaniya və Avropalı müttəfiqlərimiz Ukraynanın işğalına cavab olaraq əl-ələ verir və biz bir daha Avropada sülh istəyimizdə sarsılmaz olaraq qalırıq. Lakin sülhə nail olmaq üçün biz təcavüzün qarşısını almalıyıq. Ən ciddi təhdidlərə cavab verə biləcəyimizi təmin etmək üçün bölgə həyati əhəmiyyət kəsb edir”, - deyə Sunak bildirib.

XəzərNews.az

Xəbər 978 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +